Bizə yazın

EKM necə aparılır?

03.08.2016

Sonsuz nigahların sayının artması ilə əlaqədar olaraq, ekstrakorporal mayalanma (EKM) prosedurundan geniş istifadə olunur. EKM istər qadın orqanizmlərindəki problemlərlə, istərsə də kişi spermasının patoloji vəziyyəti ilə əlaqədar baş verən mayalanma problemlərini həll etməyə kömək edir. Odur ki, EKM-nın necə aparıldığını və onun əsas mərhələlərinin nədən ibarət olduğunu başa düşmək vacibdir.

EKM mərhələləri

EKM-nin necə aparıldığını və prosedurdan əvvəl hansı əməliyyatların zəruri olduğunu araşdıraq. Beləliklə, hərtərəfli müayinədən və virus və bakterial infeksiyaların mövcudluğuna dair analizin mənfi nəticələrini aldıqdan sonra aşağıdakı əməliyyatlara başlanılır:

  1. EKM üçün yetkin toxum hüceyrəsi almaq lazımdır – bunlardan bir neçə ədəd olması daha yaxşıdır. Bu məqsədlə, ovulyasiyanın stimullaşdırılması üçün hormonal preparatlardan istifadə olunur. Bu preparatların miqdarını, dozasını və qəbul müddətini həkim müəyyən edir. Hormonal terapiya fonunda ovulyasiyanın stimullaşdırılmasından əlavə, həmçinin, uşaqlığın selikli qişası hamiləliyin yaranmasına hazırlaşdırılır. Toxum hüceyrəsinin “hazırlıq” dərəcəsi USM vasitəsi ilə müəyyən edilir.
  2. Toxum hüceyrəsi yetkinləşdikdən sonra onu yumurtalıqdan çıxarmaq lazımdır. Bu məqsədlə puksiya aparılır. Əksər hallarda, yumurtalığın punksiyası, USM vasitəsi ilə mütləq əyani nəzarət altında uşaqlıq yolunun girişindən aparılır.
  3. İkinci mərhələyə paralel olaraq, kişinin sperması tədqiq olunur, ən fəal və həyat qabiliyyətli spermatozoidlər götürülür. Bundan sonra onlar xüsusi qaydada emal olunaraq toxum hüceyrəsi ilə görüşünü «gözləyir».
  4. Sınaq şüşəsinə toxum hüceyrələri və spermatozoidlər qoyulur və burada mayalanma baş verir. Mayalanmanın digər üsulu spermatozoidin toxum hüceyrəsinin sitoplazmasına yerləşdirilməsidir. Bundan sonlra mayalanmış toxum hüceyrələri xüsusi inkubatorlarla yetişdirilərək onların artımına və inkişafına nəzarət olunur. 3-5 günlük embrion uşaqlığa yeridilməyə hazır olur.
  5. 3-5 günlük embrionlar nazik kateter vasitəsi ilə uşaqlıq boşluğuna köçürülür. İki embrionun «əkilməsi» tövsiyyə olunur. Bir embrion «özünü tutmaya» bilər, iki embrion isə hamiləlik ehtimalını artırır. Digər embrionlar kriokonservləşdirilir və gələcəkdə istifadə oluna bilər.
  6. Hamiləliyin baş verməsi ehtimalını yüksəltmək üçün dəstəkləyici hormonal terapiya təyin olunur.
  7. Embrion «əkildikdən» 14 gün sonra İXQ analizinin aparılması tələb olunur və onun nəticələri əsasında EKM-nın uğuru dinamik şəkildə qiymətləndirilir.

Prosedurun nüansları

EKM-nın təbii tsikldə, yəni ovulyasiyanın hormonal stimullaşması olmadan aparılması mümkündür. Bu halda EKM zamanı punksiyanın hansı gün aparıldığını araşdıraq. USM nəzarəti altında toxum hüceyrəsinin yetkinləşməsi gözlənilir, bu isə tsiklin təxminən 14-cü günü baş verir. Bundan sonrakı mərhələlər yuxarıda göstərilən sxemə uyğun icra olunur.

EKM ağrılıdırmı? Nədən qorxmaq lazımdır? Bu suallar çoxlarını narahat edir. EKM proseduru qətiyyən ağrısızdır. Yumurtalığın punksiyası aparıldıqdan, eləcə də embrionun əkilməsindən sonra qarnın aşağı hissəsində müəyyən ağrı ola bilər. Punksiyanın özü isə qabaqcadan ağrısızlaşdırma aparıldıqdan sonra icra olunur. Əksər hallarda ilk EKM uğursuz alınır. Odur ki, EKM-nı hamiləliyin baş verməsinə qədər davam etdirmək lazımdır. Əksər hallarda bu cəhdlərin sayını məhdudlaşdıran amil maddi çətinliklə bağlı olur. EKM-nın hansı yaşadək aparıldığını müəyyən etmək kifayət qədər asandır. Qadın nə qədər yaşlıdırsa, toxum hüceyrələri ətraf mühit amillərinin, zərərli vərdişlərin nəticələrinin, düzgün qidalanmamağın və xəstəliklərin mənfi təsirlərinə də bir o qədər çox məruz qalmış olur. Beləliklə, uşağın müxtəlif inkişaf çatışmazlıqları və genetik patologiya ilə doğulması riski artır. EKM üçün donor toxum hüceyrəsindən istifadə oluna bilər. Nəzəri cəhətdən, somatik xəstəliklərin olmadığı təqdirdə, EKM üçün yaş məhdudiyyəti yoxdur.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan