Bizə yazın

Hamiləlikdən qorunmanın 10 ən effektiv üsulu

10.02.2017

Bu gün arzuolunmaz hamiləlik və cinsi yolla keçən xəstəliklərin qarşısını almaq üçün çoxlu sayda müxtəlif üsullar vardır. Onların hər birinin öz üstünlükləri və mənfi cəhətləri var. Biz belə üsulların əksəriyyəti haqqında danışacağıq, amma əvvəlcədən xəbərdarlıq edirik ki, hər bir metodda hamilə qalmaq riski vardır. 

Axı, əgər ən güclü maneə baryeri kimi sayılan qoruyucu vasitə prezervativ 100% təminat vermirsə, qorunmadan cinsi akt necə təhlükəsiz ola bilər?!

1. Şırınqa etmək

Bu metod vaginal, uşaqlıq yolunun turş məhlulla (limon şirəsi, sirkə məhlullu qarışıq və s.) yuyulması deməkdir. Turş məhlul spermatozoidləri öldürür, bu faktdır!

Mənfi cəhətləri: Arzuolunmaz hamiləliyin qorunmasında az səmərəlidir. Tez-tez bu üsuldan istifadə sizin sağlamlığınız üçün ciddi təhlükə yarada bilər. Beləki bu üsul faydalı mikrofloranı yuyur, qadın daxili cinsi orqanının selikli qişasının yanmasına və həmçini disbakterioza səbəb ola bilər.

 

2. İsti buxar qəbulu

Əlbəttə, qaynar su canlı orqanizmləri öldürməyə qadirdir. Lakin bu üsul yalnız kişi cinsi nümayəndələrinə aiddir. Beləki, sperma həddən artıq yüksək temperatur zamanı yarana bilməz. Çox isti vanna, sauna qəbulu spermanın formalaşmasını poza bilir. Növbəti günlərdə spermanın təhlükəsiz olması üçün, kişinin 1 saat saunada olması kifayət edər. Tarixin təsdiqlədiyi kimi, şərqdə məhz bu üsulla arzuolunmaz hamiləliyihdən qorunurdular: kişilər cinsi aktdan əvvəl bir müddət isti su dolu vedrələrdə oturardılar. Hətta adi saydığımız 3 gün 38-39 °C hərarətli qrip, yaxın üç ay üçün spermatozoidlərin həyat göstəricilərini pisləşdirə bilər.

Mənfi cəhətləri: Mütamadi bu üsuldan istifadə spermatozoidlərin yaranmasında ciddi təhlükə yarada bilər.

 

3. Yarımçıq cinsi əlaqə

Qorunmadan, arzuolunmaz hamiləlikdən qorunmaq üçün, hətta ən sadə və etibarlı sayılan – yarımçıq cinsi əlaqə üsuludur. Eyakulyasiyanın baş verəcəyini hiss edən kişi friksiya hərəkətlərini yarımçıq dayandırır, eyakulyasiyanı kənarda davam etdirir.

Mənfi cəhətləri: Bu üsul həyatda özünü o qədər də doğrultmur. Cinsi əlaqə aktı idarə etməyi öyrənməmiş, təcrübəsiz kişi bir çox hallarda eyakulyasiyanın başlanğıcını düzgün təyin edə bilmir, nəticədə qadın hamilə qala bilir. Bundan başqa bu cinsi yolla ötürülən infeksiyalardan qorumur. Belə yarımçıq cinsi əlaqədə kişi və qadının cinsiyyət üzvlərində toplanmış qan normal cinsi əlaqədə olduğu kimi sürətlə geriyə, qan damarlarına qayıtmır. Cinsi əlaqənin yarımçıq kəsilməsi kişidə impotensiyaya, qadınlarda isə aybaşı dövrünün pozulması və cinsi əlaqə soyuqluğuna səbəb ola bilər.

 

4. Şamlar, kremlər, gellər, tamponlar

Bu vəsaitlər cinsi əlaqədən bir müddət əvvəl uşaqlıq yoluna salınır. Əsasən qorunma müddəti 40 dəqiqə, tamponlar isə 10-12 saatdır. Bu üsul nadir cinsi əlaqələr üçün idealdır. Hamiləlikdən qorunmadan başqa, bir çox preparatların virus və mikrob əleyhinədir. Onlar həmçini sürtülmənin qarşısını alır.

Mənfi cəhətləri: Preparatların istifadəsi çox narahatdır. Nəvazişi yarımçıq saxlamaq və preparatı təyin olunan yerə tətbiq etmək lazımdır. Kimyəvi kontraseptivlərdən tez-tez istifadə uşaqlıq mikrofloranı pozur.

 

5. Qoruyucu vasitə: Prezervativ

Arzuolunmaz hamiləliyin qarşısını alan, geniş kütlə arasında ən məşhur və ən etibarlı sayılan üsullardan biri – prezervativlərdir. Əgər siz heç bir hormon və ya preparatsız hamilə qalmamaq haqqında düşünürsüzsə, bu ideal vasitə sayıla bilər. Həqiqətəndə bu vasitə sizə arzuolunmaz hamiləlikdən, müxtəlif infeksiyalardan qoruyur və siz cinsi aktın hansısa bir zamanıni dayandırıb, hansısa vasitələrdən istifadə etməli olmursuz. Düzgün istifadə zamanı hamiləlikdən və cinsi yolla ötürülə bilən bir çox xəstəliklərdən 95-99%  qorunmasını təmin edir.

Mənfi cəhətləri: Bəzi kişilər prezervativlərdən istifadəni könülsüz razılaşır. Təəssüf ki, ondan düzgün istifadə etmədikdə, cırıla bilir. Yalnış sürtgü zamanı rezin məmulatlar öz qoruyucu funksiyasını itirir.

 

6. Hormonal həblər

Hormonal həblər

Onların fəaliyyəti – yumurtalıqda yumurta hüceyrəsinin yetkinləşib, yumurtalıqdan çıxmasına imkan verməməkdən ibarətdir.  Yalnız ginekoloq optimal həblər və doza seçir. Bu üsul yüksək effektivliyi rahatlığı ilə seçilir. Bundan başqa onun əlavə terapevtik effekti var: menstrual tsiklin pozğunluğunun, akne və s. müalicəsi.

Mənfi cəhətləri: Hormonal kontraseptivlər cinsi yolla ötürülən infeksiyalardan qorumur. İlk preparata öyrəşmə zamanı əks göstərişlər (cinsi istəyin azalması, baş ağrısı, depresiyya, döş nahiyyəsində ağrıların olması və s) ola bilir. Bu həblərin effektivliyini digər preparatlar azaldır. Laktasiya dövründə hormonal preparatlardan istifadə olunması da məsləhət görülmür

 

7. Hormonal iynələr

Bu vəsaitlərin qorunma təsiri hormonal həblərin təsiri ilə oxşardır. təsir prinsipi eynidir, lakin həbləri hər gün istifadə etməlisiz ( 1 dəfə unutduz, bütün ay boşuna olur), ancaq bu hormon vasitələrdən istifadə etmək bir ayda 2-3 dəfə həkim-ginekoloqa getməkdən ibarətdir.

Mənfi cəhətləri: hormonal iynələrin istifadəsi yalnız artıq doğmuş və ya yaşlı qadınlara tövsiyə olunmuşdur. Bundan başqa, həblərin qəbulunu uyğun olmadığı, əks göstəriş verdiyi  zaman dayandırmaq olar, ancaq burada isə geriyə gediş olmayacaq, Preparat yeridildikdən sonra heç cür onu zərərsizləşdirmək olmaz, buna görədə əks göstərişləri sonunadək dözmək lazım gələcək.

 

8. Uşaqlıqdaxili spiralUşaqlıqdaxili spiral

Arzuolunmaz hamiləlikdən qorunmanın 1 yoluda uşaqlıq daxili spiralın yerləşdirilməsidir. Bu müntəzəm cinsi həyat yaşayan cütlüklər üçün idealdır. Bu üsul arzuolunmaz hamiləlikdən qorunmada yüksək etibarlı mühafizəni təmin edir. Müasir zamanda onlardan istifadə çox populyardır. Üstün cəhətlərindən biri onun uzun müddətli səmərəli olmasıdır. Bir dəfə spiralı yerləşdirirsiz və heç nə haqqında daha fikirləşmirsiniz.

Mənfi cəhətləri: Cinsi infeksiyalardan qorumur. Və uşaqlıq boğazının daim açıq olması  müxtəlif infeksiyaların daxilə girməsinə şərait yaradır. Uşaqlıqdan kənar hamiləlik ehtimalı yüksəkdir.

 

9. Təqvim üsülu

Bu üsulu ən sadə və ən ucuz qorunma üsulu olmaqla yanaşı, hamiləlikdən qoruyuculuğu, həblər, iynələr, spiral, prezervativ və s. kimi üsullara görə çox daha aşağıdır. Burada menstrual tsikli izləyib, təhlükəli günləri çıxırsız. Hamilə qalmağın maksimal ehtimalı – ovulyasiya  dövrünə düşür. Reproduktiv yaşda olan sağlam qadınlarda hər ay ovulyasiya (yumurtahüceyrəsinin tam mayalanmaya hazır olması) baş verir.

Təqvim üsulunun hesablanması:

  • Menstrual tsiklin ilk günü ilə sonrakı menstrual tsiklin ilk günü arasındakı müddət (adətən 28 gün olur) qadının mesntrual dövrüdür . Bu müddət hesablandıqdan sonra alınan rəqəmdən 14 gün çıxarılır və qalıq rəqəm bizə menstrual tsiklin birinci günündən etibarən hesablanmaq şərtiylə yumurtlamanın olacağı tarixi verir. Misal üçün: Menstrual dövrü 28 gün olan qadın, 28-14=14 deməli, qadının ovulyasiya günü menstrual tsilin ilk günündən başlanaraq sayılmaq üzrə 14-cü günüdür. Bu tarixdən 5 gün əvvəl və 2 gün sonra qadının hamilə qalmağın ən əlverişli olduğu günləridir. Bu günlər içində ya əlaqədən qaçmaq ya da tam qoruyucu prezervativ kimi üsuldan istifadə etmək lazımdır.

Mənfi cəhətləri: Qadının menstruasiyası hər vaxt nizamlı davam etmir. Təqvim üsulunun tam olaraq müvəffəqiyyətli ola bilməməsinin səbəbi budur. Menstruasiya tamamilə nizamlı olsa da yumurtlanmanın hər ay eyni gündə baş verəcəyinə zəmanət yoxdur.

 

10. Bazal tempiraturu

Təxmini ovulyasiya vaxtını hesablamaq üçün: bir neçə menstrual tsikl ərzində bazal  (düz bağırsaq ) temperaturunu ölçməkl lazımdır. Bunun üçün menstrual tsiklin başlanğıc günündən, səhər yerindən qalxmadan, hər gün eyni vaxtda, adi termometrdən istifadə etməklə (5 dəqiqə ərzində) ölçməli və göstəricini gündəliyinizə qeyd etməlisiniz. Tsiklin ilk yarısında temperatur 36.6-36.9  C olacaq, ovulyasiyadan sonra isə tempiratur 37 C hətta daha yüksək olur. Göstəricinin düzgün olması üçün hər gün ən az 6saat yatmağınız mütləqdir. Hamiləlikdən qorunmaq istəyən xanımlar menstrual tsiklin başlanğıc günündən, temperaturun yüksəlməsindən sonrakı 3-4 günü qoruması gərəkdir.

Mənfi cəhətləri: Bu üsul bir çox digər preparatların qəbulu, yuxusuzluq, alkaqol içki, xəstəlik, stress zamanı düzgün olmaya bilir.

 

 

 

 

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan