Bizə yazın

Doğumdan sonra menstrual tsikl

12.01.2017

Hamiləlik zamanı menstruasiya tsikli olmur, çünki bu fizioloji mümkün deyil.  Çoxdan gözlənilən uşağın doğulması nəhayət baş verir və reproduktiv sisteminin fəaliyyəti tədricən geri gəlir. Menstrual tsikl doğuşdan sonra nə qədər tez bərpa olunur?  Bu sualın cavabı hər yeni doğmuş qadını narahat edir.

Doğumdan sonrakı dövrün fiziologiyası

Doğumdan sonra qadın bədəninə zaman tələb olunur ki, yenidən bərpa olunsun. Orta hesabla bu proses 6 həftə tutur və həmin dövrdə bütün orqan və toxumalar adi rejimdə fəaliyyətə başlayır. İstisna olan, yalnız hormonal sistemin berpasına daha çox vaxt tələb olunur. Menstrual tsikl və bütün reproduktiv sahəsinin bərpası isə öz növbəsində hormonal sahə ilə birbaşa bağlıdır.

Uşaq anadan olan kimi qadın orqanizmində hormonal fon dəyişir. Cift öz varlığını dayandırır, bəzi hormonların  uşaq qanına getməsi dayanır. Eyni zamanda prolaktin yüksəlir. Bu hormon hipofizlə sintezleşir və süd istehsalına görə də cavab verir. Qadın prolaktinin sayəsində uşağa anadangəlməsindən süddən kəsənə qədər, südlə təmin edə bilir. Prolaktinin sayəsində ana uşağını uzun müddət ana südü ilə qidalandırır. Prolaktin yalnız süd vəzilərinin fəaliyyətinə təsir göstərmir. Bu hormon ovulyasiyanı ləngidir, yumurta hüceyrəsinin yumurtalıqdan çıxmasına maneə törədir. İdealda bu mexanizm laktasiya bitənə qədər, menstruasiyanın başlamasının və yeni hamiləliyin baş verməsi imkanının qarşısını almalıdır. Amma əslində necə baş verir?

Doğumdan sonra menstruasiyanın başlama müddəti

Müasir dünyada qadınlarda menstruasiya laktasiya kəsimindən xeyli əvvəl başlayır. Gənc ana körpəsini 3-4 ilə qədər ana südü ilə qidalandırır, lakin menstrual tsikl daha tez bərpa olunacaq. Orta hesabla laktasiya zamanı ilk menstruasiya dogumdan 6-12 ay sonra başlanır. Çox az hallarda menstruasiya tsikli 8 həftə sonra bərpa olunur.

Niyə bizim uzaq əcdadlarımız menstruasiya haqqında uzun müddət unuda bilərdi, müasir qadınlarda isə bu hal daha tez baş verir? Bu yəqin ki, dəyişdirilmiş ekoloji şərait, eləcə də müxtəlif kütləvi hormonlar qəbuledici ilə bağlıdır. Tsiklin normallaşdırma sürəti süd vermə tezliyi və südün mövcud miqdarından asılıdır.  Bütün bu amillər hormon sisteminə təsir edir və doğuşdan sonra daha tez menstruasiyanın qayıtmasına gətirib çıxarır.

Əgər qadın uşağını əmizdirmirsə, menstruasiya tsiklinin bərpası daha tez baş verir. Nəzəri cəhətdən, emizdirməyən ananın ilk menstruasiya tsikli artıq doğuşdan 8 həftə sonra gələ bilər.  Praktikada əksər analarda menstruasiya yalnız 12-14 həftədən sonra başlayır.

Menstrual tsiklin dəyişilikləri

Doğumdan sonrakı ilk menstruasiya axinti miqdarına və subyektiv hisslərə görə fərqlənə bilir. Növbəti 3-6 ay menstruasiya tsikli qeyri-müntəzəm ola bilər. Əgər bu qeyri-müntəzəmliyin laktasiya ilə əlaqəsi yoxdursa və yarım ildən artıqdırki davam edirsə, həkimlə məsləhətləşməniz mütləqdir. Süd verən anaların menstruasiya tsiklinin qeyri-müntəzəmliyi fərqli xarakter daşıyır. Prolaktinin təsiri nəticəsində bu interval 30-45 gün və daha artıq ola bilər. Bundan ehtiyatlanmağa dəyməz. Zaman keçdikcə hormonların səviyyəsi normaya gəlir, menstruasiya tsikli müntəzəm olur. Qadınların bəzilərində tsiklin tam bərpası laktasiya mərhələnin başa çatmasından sonra baş verir.

Bəzi qadınlar doğuşdan sonra ilk menstruasiyası çox ağır və ağrılı olur. Bu fenomen olduqca normal hesab olunur və hər hansı bir müalicə tələb etmir. 6 ay ərzində tsikl özü bərpa olunur.

Bəzi qadınlarda isə doğumdan sonra ilk menstruasiya daha az ağrılı olur. Məsələ burasındadır ki, planetin hər beşinci qadınının doğumdan sonra uşaqlığı ona xas olan fizioloji vəziyyətini alır və menstruasiya xeyli az ağrılı olur.

Menstrual tsiklin formalaşmasında doğuşun forması təsir etmir. Bu proses təkcə orqanizmin fərdi xüsusiyyətlərindən, həmçinin, laktasiya dövründən asılıdır. Konkret hansı qadında, sonrakı menstruasiya tiklinin necə olacağını əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir.

Doğuşdan sonra yeni hamiləlik

Bir çox gənc analar əmindirlərki, laktasiya zamanı hamiləlik ola bilməz. Əslində bu heçdə belə deyil. Təbiət həqiqətən də süd verən ananın yenidən uşağa qalmamasının qeydinə qalır, lakin bu mexanizm tez-tez uğursuzluqla nəticələnir. Axı niyə laktasiya dövründə mayalanma baş verir?laktasiya zamanı hamilelik

Laktasiyanın əsl mahiyyəti ondan ibarətdirki, laktasiya zamanı menstruasiya gəlmir və hamiləlik qeyri-mümkün olur. Əslində, bu üsul yalnız müəyyən şərtlər altında çalışır:

  • Uşağın yaşı 6 aydan çox olmaması
  • Uşağın yalnız ana südü ilə qidalanması
  • Uşaq gün ərzində hər 3 saatdan bir döş qəbul etməli
  • Gecə süd vermək arasında interval 6 saatdan artıq olmamalı
  • Uşağa ana südündən əlavə başqa yemlər verilməməli

Hətta bütün qaydalara riayət etməklə hamiləliyin baş verməsi ehtimalı qalır. Məsələ burasındadır ki, ovulyasiya ilk menstruasiya gəlişindən 2 həftə əvvəl baş verir.  Beləliklə qadın bilmədən hamilə qala bilər. Doğumdan sonra qeyri-sabit hormonal səviyyə fonunda ilk ovulyasiya hesablamaq olduqca çətindir.

Beləki laktasiya metodu etibarlı sayılmır və həkimlər qadınlara başqa daha münasib kontrasepsiya barədə düşünməyi tövsiyə edir. Cinsi həyata doğumdan 6-8 həftə sonra icazə verilir. Bu müddət ərzində, siz maneə üsulları (qoruyucu) istifadə edə bilərsiniz. Spermisidlər və digər kimyəvi kontraseptivlər yalnız qoruyucu ilə birlikdə istifadə edilə bilər. Doğuşdan 3 ay sonra hormonal kontraseptivlərinin qəbuluna başlamaq olar. Uşaq əmizdirən qadınlar üçün yalnız proqesteron tərkibli xüsusi preparatlar mövcuddur. Bu vəsait ana südünün miqdarını dəyişmir, uşağın sağlamlığına təsir etmir və arzuolunmaz hamiləlikdən etibarlı qorunmasını təmin edir. Hormonal preparatlara alternativ olaraq, spiral quraşdırılmasına nəzər salmaq olar. Spiral quraşdırılması doğuşdan 6 həftə sonra icazə verilir. Kontrasepsiyanın müxtəlif metodlarının tövsiyə və tətbiqini ginekoloq qəbulunda almaq olar.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan