Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Ağız südü (molozivo, ilk süd). Maraqlı faktlar.

07.11.2017

Ağız südü (Molozivo) – ilk süd belə adlanır. O sarımtıl şəffaf olur. Doğumdan dərhal sonra uşağın ana sinəsinə qoyulması qaydasını, bu gün demək olar ki, bütün hamilə qadınlar bilirlər. İlk növbədə, erkən sinəyə qoyulma laktasiyanı stimullaşdırır, ana ilə körpənin bir-biri ilə tez zamanda əlaqə qurmasına kömək edir və ən başlıcası körpə ağız südünün əvəzolunmaz və son dərəcə faydalı ilk damcılarını qəbul edir. Bəs bu ağız südü niyə belə qiymətlidir? Niyə onu məhz həyatın ilk günlərində qəbul etmək, belə vacibdir?

Ağız südü  – süd vəzilərinin sirridir, hansı ki, artıq hamiləliyin ikinci yarısında az ağız südümiqdarda ayrılır, ancaq çox vaxt o, doğumdan ilk 2-3 gün sonra yaranır. Doğuşdan sonra gələn ağız südünə, adətən “kal süd”, dörd-beş sutka sonra gələn südə “keçid süd”, ikinci həftənin sonuna yaxın gələn südə isə “yetkin süd” deyilir. “kal süd” termini heç də o demək deyil ki, o faydasızdır, sadəcə hələlik bu süd bir az yağsız və şəkərsizdir, əvəzində isə çoxlu zülal və qoruyucu maddələrlə zəngindir. Məhz bu tərkibli ağız südü, yeni doğulan uşağın tələbatını ödəmək və onun həzm sistemini ana südünə hazırlayan ideal vasitədir.

Ağız südü haqqında maraqlı faktlar

  • Ağız südü miqdarına görə bütün qadınlarda fərqli gündə 10 -100 ml yaxın olur. Amma hətta əgər lap az olsa belə, balaca ac qalmayacaq. Birincisi, yeni doğulmuş uşağın mədə həcmi çox kiçik olduğundan, o, böyük həcmdə qidanı qəbul etməyə hələ qadir deyil və bir neçə ml ağız südü ona tamamilə kifayətdir. İkincisi, ağız südü çox kalorilidir, bundan başqa, onun tərkibindəki zülal, yetkin südə nisbətən  daha çoxdur, ona görə də hətta  az miqdarda ağız südü uşağı doydura bilər.
  • Amma ağız südündə su çox azdır, bu da ona görə yaxşıdır ki, axı körpə hələ böyük həcmdə mayeni həzm edə bilmir: Onun böyrəkləri hələ bir neçə müddət ərzində ana bətnindən kənar həyata uyğunlaşmalıdır.
  • Bundan başqa, ağız  südü – qoruyucu mənbəyidir, xüsusilə onda çoxlu immunoqlobulin A (bu yetkin süddə daha azdır) saxlanılır. Məhz immunoqlobulin A, yeni doğulmuşu müxtəlif infeksiyalardan qoruyur. Bundan başqa ağız südündə çox miqdarda leykositlər vardır. Onlar patogen bakteriyaları və virusları dağıdır. Buna görə də bəzi mütəxəssislər ağız südünü dərmanlar ilə müqayisə edirlər. Onu, uşağın immun sisteminin yeni həyata asanlıqla uyğunlaşmasına kömək edən ilk peyvənd hesab edirlər. Birinci yemləmədə, körpə cəmi təxminən 2 ml ağız südü sorur, məhz bu zaman immunlaşdırma baş verir.
  • Ağız südünün tərkibində, yetkin südlə müqayisədə daha çox A, C, E, B12, dəmir, sink, duzlar var. Bütün bu maddələr orqanizmin qoruyucu xassələrinin formalaşması üçün lazımdır. Belə ki, A vitamini uşağa hər hansı infeksiyanın keçməsinə maneə törədir, E vitamini isə sinir sisteminin, əzələ toxumasının və torlu göz qişasının inkişafına kömək edir.
  • Ağız südündə olan çoxlu probiotiklər – körpənin bağırsağında faydalı bakteriyaların məskən salmasına kömək edir. Bütün bunlar, allergiya inkişafından qoruyur və yeni qidanın rahat həzminə kömək edir.
  • Daha sonra ağız südü işlətmə dərmanı kimi fəaliyyət göstərərək, uşağın bağırsaqlarında olan mekoniyadan (ilkin nəcis) tez azad olmağına kömək edir. Bu, uşağın orqanizmində olan bilirubin çoxluğunun qarşısını alır və bununla da sarılıq azalır.

Göründüyü kimi, ağız südü –  tək qida deyil, o həm də mümkün xəstəliklərdən qoruyan bir qoruyucu vasitədir. Buna görə bu südün ilk qiymətli damcılarını körpəyə vermək vacibdir: Bunun üçün uşağın doğumundan dərhal sonra ana mümkün qədər çox uşaqla vaxt keçırməli və onu ilk tələbi üzrə sinəyə qoyaraq yedirtməlidir.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az