Bizə yazın

Doğumdan sonra bədən fiquru

03.08.2016

Siz hamiləlikdən azad olmusunuz, gözəl bir körpə dünyaya gətirmisiniz, onu döşünüzlə əmizdirirsiniz. Amma iki həftədən sonra körpə ilə gəzintiyə çıxmağa hazırlaşarkən başa düşürsünüz ki, geyməyə paltarınız yoxdur, çünki cins şalvarınız və ətəyiniz sizə dardır!

Bədənin tosqunlaşması…

Razılaşın ki, hamiləlik zamanı qarın böyüdükcə artan dəri bircə anda yoxa çıxa bilməz. Bundan əlavə, bir çox qadınlar doğuşdan sonra ombalarının genişləndiyini bildirirlər. Əlbəttə ki, hamiləlik zamanı yeyilən yeməklərdən çəki artımının da burada rolu az deyil, amma bu dövrdə özünü tox tutaraq pəhriz saxlamağın da yeri deyil. Uşağı döşlə əmizdirərkən isə ümumiyyətlə ac qalmaq olmaz. Bəs nə etməli?

Fiziki hərəkətlər

Heç bir tibbi qadağa olmadıqda, doğuşdan üç həftə sonra yavaş-yavaş pressi bərkitmək və oturub-durmaq lazımdır. Bu cür sadə hərəkətləri hər gün icra etdikdə xüsusi effekt verir. Bu hərəkətlərə gündə üç dəfə, hər dəfədə 10-15 hərəkətdən başlamaq lazımdır. Həmçinin, daha çox gəzişmək tövsiyyə olunur. Uşaq arabası ilə küçəyə çıxarkən dərhal evin qarşısındakı oturacaqda əyləşməyin. Ətrafda gəzişin. Yeri gəlmişkən, təmiz havada gəzişərkən yanaqlarınız allanacaq, özünüz isə dincələcəksiniz – necə deyərlər, “havanızı dəyişəcəksiniz”.

Doğuşdan sonra qidalanma

İllərin sınağından keçmiş və sizə uyğun olan pəhriz saxlamaq alınmayacaq. Südəmər körpəsi olan ana gün ərzində ən azı beş dəfə yemək yeməlidir. Daha çox yemək istəyirsiniz? Buyurun! Aşağıdakı 5 qaydaya əməl etsəniz, ay ərzində lap yəqin, bir neçə kiloqram arıqlayacaqsınız.

  1.   Yalnız tərkibində əmin olduğunuz ərzaq məhsulları ilə qidalanın. Başqa sözlə, heç bir yarımfabrikatı və kolbasa məmulatlarını yaxına buraxmayın.
  2. Un məmulatlarını minimuma endirin. Çörəyi, xəmir şirniyyatları mümkün qədər az yeyin.
  3.  Şirniyyatı məhdudlaşdırın. Aydındır ki, körpəni əmizdirdiyiniz üçün şokoladı minimuma endirmisiniz. Amma etiraf edin: yüksək kalorili şirniyyatlardan imtina etmirsiniz, elə deyilmi?
  4. Daha çox maye qəbul edin. Əvvəla, bu, laktasiyaya müsbət təsir göstərəcək; ikincisi isə, bir çox hallarda biz aclıq hissini susuzluq hissi ilə qarışıq salırıq. Yemək yedikdən yarım saat sonra yenə yemək istəyirsiniz? Südlü ilıq çay, yaxud laktasiya üçün çay için. Qida qəbulu arasında təmiz su için.  Şirin qazlı sulardan isə uzaq qaçın. Yeri gəlmişkən, çayı qəndsiz içməyə vərdiş etsəniz, çox yaxşı olar.
  5. Qidanıza daha çox tərəvəz daxil edin. Qaz yaradan kələmdən və çətin həzm olunan badımcandan daha çox, bişmiş yerkökünə üstünlük verin: o, qaynadılmış ət üçün qarnir qismində çox yaxşıdır. Pendirlə də çox dadlı olur.·      Şorba yeyin. Yağlı-piyli bulyondan daha çox, toyuq və ya mal ətindən hazırlanmış yüngül şorbalara üstünlük verin.
Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan