Bizə yazın

Qeysəriyyə əməliyyatından sonra normal doğum

10.08.2017

Əvvəllər ginekoloqların əksəriyyəti, qeysəriyyə əməliyyatından sonra normal doğuma qarşı idilər. Lakin, indi qərb təbabəti praktikası, qeysəriyyə əməliyyatından sonra normal doğum təcrübəsini geniş şəkildə tətbiq edir. Artıq bizdə də, bu təcrübədən sərbəst istifadə edilir və bir çox qadınlar qeysəriyyə əməliyyatından sonrakı uşağı təbii yolla dünyaya gətirmək istəyir. Amma emosiyalara deyil, yalnız tibb göstəricilərinə əsaslanmaq lazımdır. Heç bir halda öz və ya gələcək uşağınızın sağlamlığı ilə risk etməyə dəyməz.

İkinci uşağı planlaşdırılması zamanı nəyə diqqət yetirmək lazımdır?

Əgər sizin ilk doğumunuz, qeysərriyyə əməliyyatı vasitəsilə həyata keçib  və gələcəkdə siz yenidən ana olmaq istəyirsizsə, onda siz doğumdan sonra xəstəxanadan verilən çıxarışınızı ətraflı nəzərdən keçirməlisiniz. Orada əməliyyat edilmə səbəbi, doğum müddəti və əməliyyatın məhz hansı üsullundan ustifadə olunması qeyd olunub. Bundan əlavə, həmin çıxarışda, kəsiyin tikilmə metodu və istifadə olunan material göstərilməlidir. Doğum zamanı ağırlaşmalar və qan itkisi həcmi haqqında da məlumatı, diqqətlə oxuyun. Əgər siz bu çıxarışı saxlamısızsa, onda o, sizə mütləq ikinci hamiləliyin planlaşdırılması zamanı lazım olacaq.
Qeysəriyyə kəsiyini maksimum üç dəfə keçirmək olar. Əgər gələcəkdə daha çox uşaq planlaşdırırsınızsa və tibbi göstəricilər buna imkan imkan verirsə, təbii yolla ana olmaq imkanından imtina etməyin. Üstəlik, sizə əməliyyatdan sonrakı dövrü yenidən yaşamağa ehtiyac olmayacaq və orqanizm təbii doğumdan sonra daha tez bərpa olur. Və, əlbəttə, təbii doğum zamanı uşaqda yaranan lazımı hormonlar, ona xarici mühütə daha asan və daha tez uyğunlaşmasına kömək edəcək.

Hansı hallarda, ikinci doğum qeysəriyyə əməliyyatı vasitəsilə həyata keçirilir?

Əməliyyata birbaşa olan göstərişlər: uşaqlıqda olan çapığın uzun və ya keyfiyyətsiz olması, çox dar çanaq sümüyü, müxtəlif çanaq sümüyünün deformasiyası və s.  Şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri təbii doğuş üçün şans da buraxmırlar. Bundan başqa, çox döllü hamiləlik zamanı qeysəriyyə əməliyyatından istifadə oluna bilir. Dölün ölçüsü və vəziyyəti mühüm göstərici sayılır. Necə olursa-olsun, əgər həkimlər qeysər əməliyatını məsləhət görürsə, təkid etməyin,  yoxsa siz nəinki, gələcək uşağınızın həmdə öz sağlamlığınızla risk edirsiz.

Mümkün fəsadlar

Yəqin ki, qeysəriyyə əməliyyatından sonra təbii doğuma qərar verən qadınları qorxudan ən ciddi problem uşaqlığın çapıq hissəsindən yarılmasıdır. Bu təkcə ağırlaşmalarla deyil, ölümlə də nəticələnə bilər. Baxmayaraq ki, bu nadir hallarda baş verir, lakin, hər ehtimala doğum qərarına gəlməzdən əvvəl, hər şeyi diqqətlə götür-qoy etmək vacibdir. Çünki sizin üçün əsas məsələ, ən təhlükəsiz yolu seçməkdir.

qeyseriyye emeliyyat;

Təbii doğuma necə hazırlaşmalı?

Ən yaxşısı qeysəriyyə əməliyyatından sonra həkimin bütün məsləhətlərinə diqqətlə əməl edin, uşaqlıqda olan çapığın düzgün formalaşması üçün, siz, sizdən asılı olan hər şeyi etməlisiz. İkinci hamiləliyi planlaşdırmadan əvvəl, yaranın vəziyyətini, uşaqlığın daha bir uşağı daşıma gücünü bilmək üçün bütün müayinələrdən keçin. Çox vacibdir ki, yara birləşdirici ilə deyil, əzələ toxuması ilə formalaşsın.
Abort yaranın vəziyyətinə çox mənfi təsir edir, ona görə də əgər siz gələcəkdə yenə uşaq dünyaya gətirmək niyyətiniz varsa, əvvəlcədən kontrasepsiya barədə düşünün. Ümumiyyətlə, həkimlər qeysəriyyə əməliyyatından sonra 2-3 il ərzində doğum etməyi məsləhət görmürlər, bu çox təhlükəli ola bilər. Amma ikinci uşağında planlaşdırmasını da, uzun müddət uzatmaq arzuolunmazdır.

Qeysəriyyə əməliyyatından sonra təbii doğum necə keçəcək?

Əlbəttə, doğum prosesi eyni ssenari üzrə olacaq. Lakin əgər ilk doğum əməliyyatla keçibsə, onda ikinci dəfə siz əvvəlcədən xəstəxanaya nəzarət üçün yatırılacaqsınız. İkinci doğumun hansı üsulla aparılacağını dəqiq, hamiləliyin 38-ci həftəsində keçirilən müayinələrdən sonra bilmək olacaq. Bundan əlavə, siz hamiləlik boyunca daim həkimlə məsləhətləşməli və nəzarət altında olmalısınız.
Həkimlər hələ də, bu vəziyətdə doğum zamanı, ağrıkəsicilərin istifadəsi haqqında bir fikrə gəlməyiblər. Hesab olunur ki, onların təsiri altında uşaqlığın yarılmasını keçirmək olar. Üstəlik, belə doğum zamanı stimulyasiyalardan etmə qadağandır, çünki bu çapığı yara bilər. Bundan başqa, qadının qarnını sıxmaq və tez gücənmək icazə verilmir.

Düzgün seçim necə etməli?

Bu vəziyyətdə yeganə məsləhətinə əməl etdiyiniz insan — həkiminizdir! Məhz o, bütün təhlilləri apardıqdan sonra sizə təbii doğum riskinin hansı səviyyədə olmasını deyə bilər. Unutmayın ki, körpənizin dünyaya necə gəlməsinə baxmayaraq, yenidən analıq hissi sizə qeyri-adi sevinc və xoşbəxtlik gətirəcək!

kesirden sonra dogus

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az