Bizə yazın

Doğum qabağı sancılar

05.12.2016

Hamiləliyin son üçaylıq dövründə anaların bütün fikri tezliklə balasının görüş anına yönəlir. Bütün sualların içərsində ən həyacanlı  sual; Nə vaxt sancılar başlayacaq? Çox qadınlar bundan qorxur və doğum qabağı sancıları necə tanımaq və o an nə etmək lazım olduğunu bilmədikləri üçün panikaya və ya depresiyaya düşürlər. Gəlin bu məsələni mərhələli şəkildə aydınlaşdıraq.

Sancılar nə üçün baş verir?

Doğuşa 24-48 saat qalmış qadında qan qarışıqlı, selikli ifrazat axa bilər. Bu uşaqlıq boynu kanalında olan tıxacdır. Bundan sonra sancılar başlana bilər. Sancılar – doğumun əsas ilk mərhələsinin başlandığına işarədir.  Bu mərhələ ən uzun və ağrılı mərhələdir. Sancılar uşaqlıq əzələlərinin yığılması ilə yaranır, qarında və beldə hiss olunur. Uşaqlıq əzələləri yığılmazsa uşaq doğum kanalı ilə heç cür hərəkət edə bilməz. Uşağın doğulması üçün mütləqdirki, uşaq uşaqlığin tam sonuna itələnsin və uşaqlığın ağzı açılsın. Məhz mütamadi sancılar zamanı uşaqlıq boyunu yavaş-yavaş açılmağa başlayır və uşağın doğulmasına şərait yaradır. Sancısız heç bir normal doğum alınmaz və bu təbiətin fundamental qanunlarından biridir. İlk doğumu olan qadınlarda bu 10-12 saat, növbəti doğumlarda 4-8 saata qədər davam edir. Bu zaman uşaqlıq ağzı 2 sm-dən 10 sm-ə qədər açılır. Siz bu zaman səbrli olub, gücünüzü sizdən güc tələb edən əsas mərhələyə saxlamalısınız.

Doğumun ikinci mərhələsi – uşaqlığın boynu tam açılanda başlayır . Bu zaman sancılar sizdən aslı olmayaraq, gücvermə ilə əvəzlənir. Sizə elə gəlirki siz böyük bayıra çıxmaq istəyirsiz, lakin bu hiss uşağın artıq dəqiqələr sonra dünyaya gəlişindən xəbər verir. Gücəndikdə siz doğuşu sürətləndirir və körpənin çıxmasını asanlaşdırırsız. Bu mərhələdə yalnız həkiminizə qulaq asmalı və onun dediklərini etməlisiniz.  Gücvermənin sonunda nəhayət körpəniz doğulur. Arxasınca isə cift gəlir.

korpe dogumu

Əsl sancını necə tanımaq olar?

Əsl sancı tezliklə doğumun başlayacağından xəbər verir və onu heç bir digər hisslərlə qarışdırmaq olmaz. Hətta ilk doğumlu qadınlarda bu sancıları ilk dəfədən anlayır. Sancılar çox şiddətli olur. Bəzi qadınlar bu sancıları qarının altı hissəsində, menstruasiya sancılarına bənzədir lakin, bu sancılar olduqca ağrılı olur. Digərləri isə bu sancını beldə hiss edir. Hər qadının öz doğum xüsusiyyətləri var, ona görədə əvvəlcədən sancıların necə olacağını proqnozlaşdırmaq çətindir. İlk sancı 10 saniyə davam edir və hər 30 dəqiqə intervalında davam edir. Tədricən sancı daha ağrılı, tez-tez və uzun olur. 1-ci mərhələnin sonunda sancı hər 2-5 dəqiqədən bir  50-60 saniyə davam etməklə təkrarlanır. Belə interval artıq o dəməkdirki, tezliklə gücvermə başlayacaq və körpəniz dünyaya gələcək. Uşaqlıq boynunun tam açılışı zamanı ağrılar pik həddə çatır və buda tezliklə doğuşun bitəcəyinə işarədir.

Əgər sancılar başladısa nə edim?

Bir çox qadınlar sancıların ilk saatlarında evdə olmağa üstünlük verirlər. Bu o zaman əsaslana bilərki, qadın özünü yaxşı hiss edir və sağlamlığında heç bir ciddi korpe dogumuproblemi yoxdur. Sancıların ilk saatlarında körpə üçün heç bir narahatlığa səbəb olmur. Bu mərhələdə dincəlmək, güc toplayaraq doğum evinə hazırlaşmağınız lazımdır. Doğum evinə hazırlıq, ailə üzvləri ilə ünsiyyət qadının sakitləşdirir və tezliklə həyatında baş verəcək qlobal dəyisikliyə hazırlayır.

Doğumun ilk mərhələsində su içmək olar. Lakin ağır yemək məsləhət olunmur, yalnız yüngül qəlyanaltı (alma, şirniyyat) edə bilərsiz.

Hansı hallarda dərhal xəstəxanaya getmək lazımdır?

  • Əgər suyunuz xaric olubsa (dölyanı sular sidiyə oxşayaraq, iysiz, şəffaf və sarımtıl olur)
  • Əgər sancılar yavaşlanib lakin davam edirsə
  • Əgər ağrı şiddətli dözülməzdirsə
  • Əgər qanaxma baş veribsə

Bu halların hər hansısa baş veribsə bu hansısa ağırlaşmanın səbəbi ola bilər. Bu zaman dərhal həkimin köməyi tələb oluna bilər! Doğum prosesinin təsviri videosunu Video bölməmizdə izləyə bilərsiniz.

korpemle ilk gorus

Sancılar zamanı özünüzü itirməyin. Sadəcə düşününki, bu doğum prosesindən bütün qadınlar keçir və sizdə keçəcəksiniz.

Tezliklə uzun zamandır yolunu gözlədiyiniz xoşbəxtliyinizə qovuşacaqsınız.

Və bu ağrıdan heç bir əlamət qalmayacaq!

 

 

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan