Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Doğum ağrılarını necə yüngülləşdirmək olar

27.09.2017

Uşağın doğulması – çox mürəkkəb və ağrılı prosesdir. Ana və uşağın sağlamlığı, doğuşun gedişatından asılıdır. Bu zaman yaranan ağrı – qadın orqanizminin təbii reaksiyasıdır. Bir çox, xüsusilə ilk dəfə doğuş edən qadınlar çox qorxurlar. Və onların ilk düşüncəsi – doğum zamanı ağrını necə yüngülləşdirmək olar? Müasir ağrıkəsici dərman vasitələrinin tətbiqinə bir sıra məhdudiyyətlər vardır ki, onlar doğuşdan sonra körpə və ananın vəziyyətinə güclü təsir göstərir. Onlardan yalnız müəyyən göstəricilər zamanı müraciət etmək lazımdır.
Doğum – demək olar ki, hər bir qadının gücü çatacaq, normal fizioloji prosesdir. Amma qorxu, həyəcan və narahatlıq, əzələ tonusunu artıra bilər ki, bu da öz növbəsində, lazımsız ağrıya səbəb olur. Ona görə də əvvəlcədən bu prosesə hazır olmaq lazımdır.

Sancıları necə yüngülləşdirmək olar?

Təbiətin özü, qadına ağrını yüngül keçirməsinə, kömək edir. Doğum prosesi zamanı, orqanizmdə böyük miqdarda bioloji aktiv maddələrin yaranması – stressə davamlılıq, ağrılara dözümlülük verərək, qadına dincəlməyə kömək edir.

Doğum edən qadın nə edə bilər ki,  sancılar yüngülləşsin? Ağrıları yüngülləşdirməyə kömək edən, bir çox üsullar mövcuddur. Onlardan ən səmərəli olanlara baxaq. Bura ilk növbədə, psixoloji özünü hazırlama, düzgün nəfəs, istirahət, tənəffüs, masaj, tərafdaşınızdan dəstək, bədən vəziyyəti aiddir.

  1. Doğuma psixoloji özünü hazırlama. Doğum – hər bir qadının həyatında mühüm mərhələdir. Heç bir ağrı analıq səadəti və yeni həyatın yaranması ilə müqayisə oluna bilməz.  Əsas fikrinizi ağrılarınıza deyil, əhval ruhiyyənizə, heçdə asan olmayan yolla gələn körpənizə cəmləyin. Əvvəlcədən qarşıdakı prosesdən maksimum informasiya toplayın. Sizinlə baş verəcəkləri anlamaq, düzgün ağrının daha asan keçməsinə kömək edəcək.
  2. Rahatlıq və istirahət. Doğuma özünü psixoloji hazırlamaq kimi, istirahət də kömək edəcək. Sancılar arasındakı fasilələrdə dincəlin, bu növbədə olacaq, doğum prosesinə güc saxlamağa kömək edəcək. Maraqlı video izləmək və ya xoş musiqi dinləməklə sınamaq olar.
  3. Tənəffüs köməyi ilə ağrını necə azaltmaq olar? Düzgün nəfəsalmanı öyrənmək, çox vacibdir. Sancı zamanı yavaş-yavaş nəfəs almaq lazımdır. Nəfəs girişi – burundan, çıxışı isə – ağızdan olmalıdır. Bu zaman ahəngli ritm saxlamaq lazımdır. Sancıların pik zirvəsində – qısa kəsik-kəsik nəfəs almaq olar. Sancılar arası fasilələrdə dincəlmək lazımdır.
  4.  Masaj – gərginliyi üzərinizdən atmanıza köməkçi ola bilər. Boyun ya da ayaq masajı, sancılarınızı bir müddətə də olsa unutdurmağa kömək edəcək. Həm müstəqil, həm tərəfdaş köməyi ilə bunu etmək olar.
  5. Tərəfdaş. Bir çox qadınları yaxın insanın, həyat yoldaşı, ana, bacı, rəfiqənin dəstəyi bu anda ona kömək edir. Əziz insan yanınızda olanda doğuş tez və asan keçir.

heyat yolsadin dogumda olması

  1. Düzgün bədən vəziyyəti (poza) ilə ağrıları necə asanlaşdırmaq olar? Hər bir qadın özü və ya hekim köməkçilərinin köməyi ilə düzgün vəziyyət alaraq, ağrıları yüngülləşdirə bilər. Özünüzə uyğun rahat vəziyyət alana qədər eksperiment apara bilərsiz.

Ağrıları yüngüllləşdirən bədən vəziyyətlər:

  • Ayaq üstə və ya hərəkətdə olmaq – Döl uşaqlıq boynuna təzyiq göstərərək, onun tez açılçasına kömək edir. Nəticədə doğum prossesi sürətlənir və mümkün qədər ağrılar yüngülləşir;
  • Dördayaqüstə olan vəziyyət, bel ağrılarını azaldır;

hamile agrilarını kesmek

  • İp üzərində asılma mövqeyi, çanaq sümüyü üzərinə düşən yükü azaldır;
  • Çömbəlmə və ya stulda geniş açılan ayaqlar ilə oturma;
  • Dizi üstə dayanmaq (stul və ya çarpayıda).

Bir çox metodlar arasındaş, siz, doğum zamanı, ağrığılarınzı yüngülləşdirən bir vəziyyəti mütləq tapacaqsınız. Başlıcası, heç nədən qorxmayın. Axı müdrik təbiət hər şeyi nəzərdə tutub. Doğum tez bitəcək, siz isə dünyanıza gələn uşaq ilə mükafatlanmış olacaqsınız!

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az