Bizə yazın

Uşaq 0 -1 yaş

  • Little girl's daily activities, no gradients

    0-12 aylıq uşağın günlük rejimi. Cədvəllər

    21.05.2017

    Günlük rejim — uşağı yorulmadan qoruyur, fiziki və əqli inkişafına müsbət təsir edir. Körpə həyatının ilk ili — vərdişlərin kökləndiyi, çox vacib dövrüdür. Günün nizamlanması — yuxu rejiminin, qida rejiminin, lazım ehtiyaclarının düzgün riayət edilməsinə kömək edir. Eyni zamanda ananın rahatlığını da təmin edir. daha ətraflı

  • Uşağa bal vermək olarmı

    Uşağa bal vermək olarmı? Bal haqqında bilmədiklərimiz.

    25.04.2017

    Bal — çox faydalı məhsuldur. Bu barədə yorulmadan alimlər, həkimlər daim təkrar edir. Lakin, balın uşaq üçün nə dərəcədə faydalı və ya zərərli olmasını bilmək, çox vacib məsələdir . Bu yazıda biz bu haqda ətraflı danışmağa çalışacayıq.
    daha ətraflı

  • 4 aylıq körpənin inkişafı

    4 aylıq körpənin inkişafı

    22.04.2017

    4 aylıq uşağın inkişafında  nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur.  Emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrənir və daha az yatır. daha ətraflı

  • 3 aylıq körpənin inkişafı

    3 aylıq körpənin inkişafı

    19.04.2017

    3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. Körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmək üçün, 3 aylıq körpənin nələrin bacarmalı olduğunu bilmək lazımdır. daha ətraflı

  • Meyvə şirəsinin körpəyə verilmə qaydaları

    Meyvə şirəsinin körpəyə verilmə qaydaları

    29.03.2017

    Hər bir ana uşağına yalnız ən yaxşı xüsusilə vitaminlə zəngin olan qidaları verməyə çalışır.  Ancaq tələskənlik də yaxşı hal deyil. Körpənin həzm sistemini tədricən yeni məhsullara öyrəşdirmək vacibdir. Bizim analar, bir qayda olaraq, yeməyə şirələrdən başlamışlar. Lakin indi pediatrlar fərqli fikirdədir. daha ətraflı

  • Avokado ilə yunan qabağı püresi 6+

    Avokado ilə yunan qabağı püresi 6+

    18.02.2017

    Avropa kulinariya saytlarında 6 aylıq uşaqlar üçün avokado püreləri çox populyardır. Bizim üçün isə avokado — ekzotikadır. Uşaqlar üçün avokadodan kartof, banan və ya yunan qabağı (kabaçok) ilə püre hazırlanır. Avokado vitaminlərlə, xüsusilə E və S  vitamini ilə zəngindir. Populyar olmağına baxmayaraq,  pediatr ilə məsləhətləşin ki, sizin uşağınıza avokado olarmı. daha ətraflı

  • 2 aylıq körpənin inkişafı

    2 aylıq körpənin inkişafı

    20.02.2017

    İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. Bu yazı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək.

    daha ətraflı

  • Həyatının ilk ayında uşağın inkişafı

    Həyatının ilk ayında körpənin inkişafı

    09.02.2017

    Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. daha ətraflı

  • Uşağı neçə ayından oturtmaq olar

    Uşağı neçə ayından oturtmaq olar

    29.01.2017

    Müasir valideynlər çox vaxt körpəsinə yeni bacarıq və vərdişləri öyrətməkdə tələsirlər. Lakin müəyyən yaş normaları varki, körpə o yaşa qədər yeni təcrübənin mənimsəməsinə hazır deyil. Bəzən valideynlərin bu cür davranışı balaca orqanizmin işinin pozulmasına və ciddi nəticələrə səbəb olur. daha ətraflı

  • usaq ucun terevezli brokoli puresi

    Brokoli tərəvəz püreləri 6+ uşaqlar üçün

    25.01.2017

    Brokoli hipoallergen məhsuludur. Ona görədə o bütün erken yaş uşaqlar üçün uyğundur. Yadda saxlamaq lazımdırki, brokoli qaynayarkən tez bir zamanda yumuşalır. Bu tərəvəz demək olarki, bütün tərəvəzlər bişəndən sonra ən sonda əlavə olunur. Uşağa brokoli multivarkada, buxarda və ya aşağıdakı kimi bulyonda bişirmək olur. daha ətraflı

  • Uşağın ana südündən ayırma zamanı və üsulları

    Uşağın ana südündən ayırma zamanı və üsulları

    17.01.2017

    Bir vaxt uşağı ana südündən ayırmaq zamanı gəlib çatır. Lakin vacib olan sual: onu nə zaman etmək lazımdır? Həkimlər süddən ayırmağın ən optimal zamanını 2 yaşda olmasını deyirlər. Beləki, iki yaşlı uşağın bədəni artıq möhkəmlənmişdir. Psixoloqlar deyirki; 1 yaşlı uşağın ana südünə tələbatı psixoloji deyil, fizioloji olur. Tez-tez uşaq ana sinəsini, anaya yaxın olmaq məqsədi ilə istəyir. Buna görə də, bu yaşda ana südü ilə qidalanma nəvazişlə, əldə yelləməklə, nağıl oxumaqla, oyunlarla, sevgi ilə əvəz edilə bilər. Körpə üçün ana ilə sıx əlaqə vacibdir! daha ətraflı

  • Almalı düyü sıyığı 6+

    Almalı düyü sıyığı 6+

    29.12.2016

    Belə almalı düyü sıyığı 6 aylıq körpənin rasionuna əlavə etmək olar. Hətta  daha böyük yaşlı uşaqlar bu sıyığı məmuniyyətlə yeyəcəklər. Bir yaşdan yuxarı uşaqlara bu sıyığı südlə bişirmək, hətta sıyığa mürəbbə əlavə etmək olar. daha ətraflı

  • Qurudulmuş meyvələrdən ən faydalı kompot 7+

    Qurudulmuş meyvələrdən ən faydalı kompot 7+

    29.12.2016

    Qurudulmuş meyvə buxarda hazırlanan kiçik xırdalanmış meyvədir, onlar çox faydalıdır. Bu meyvədən xüsusi üsulla hazırlanan kompot, uşaq orqanizmi üçün bütün vitaminlərini saxlayır. Bu kompot 7+ ay uşaqlar üçün uyğundur. daha ətraflı

  • uşağı əmzikdən tərgidirik

    Uşağı əmzikdən tərgidirik

    28.12.2016

    Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Amma bunu necə edək ki, əmziklə ayrılıq uşağı travmaya məruz qoymasın? Nələri heç bir halda etmək olmaz? daha ətraflı

  • korpelerde allergik reaksiya diatez

    Körpələrdə Allergik reaksiya — Diatez

    15.12.2016

    Körpələrdə allergiya (diatez) — olduqca geniş yayılan bir haldır. Allergik reaksiyanın yaranması o deməkdir ki, körpənin immunitet sistemi hələ ç0x zəifdir və bəzi maddələrə qarşı çox həssasdır. Bu həssaslıq özünü dəri və selikli qişalarda biruzə verir. Dünyada demək olarkı, hər 5-ci körpə bu əlamətə meyillidir. daha ətraflı

  • Kartofla brokoli püresi

    Kartofla brokoli püresi 6+

    09.12.2016

    Brokoli ilə kartof — ahəngdar vitaminlər anbarıdır. Bu inqridientlerlə çox reseptlər vardır. Məsələn tamam körpə üçün tərəvəz püresi olduğu kimi, böyük yaş üçündə bir az ət qatmaqla əla vitaminli yemək hazırlamaq olar. daha ətraflı

  • Körpələr üçün kabaçki püresi 6+

    Kabaçki püresi 6+

    30.11.2016

    Kabaçki hipoalergen  hesab olunur. O həzmi stimullaşdırır, qarında köp qəbzlik yaratmır. Kabaçki mikroelementler və vitaminlərlə zəngindir.

    daha ətraflı

  • korpede yaranan kop

    Yenidoğulmuş körpələrdə köp

    28.11.2016

    Qarında qazın (köpün) yaranmasının bir çox simptomları ola bilər. Ən əsası — qarında yaranan sancılardır. Köp zamanı müxtəlif cür mübarizə aparmaq olar. Analar körpənin yemək rasionunu dəyişməklə, qəbzlikdən qarın ağrılarından qurtarmaqla onların vəziyyətini yüngülləşdirə bilərlər. Mütamadi və ağır hallarda körpənin müayinəsindən sonra həkim pediatr müalicə edə bilər. daha ətraflı

  • Balıq şorbası

    Balıq şorbası

    27.11.2016

    İlk əvvəl balıq təzə və keyfiyyətli, dəridən sümüklərdən yaxşı təmizlənməlidir. Balıq şorbası 11+ aydan sonra məsləhətdir. daha ətraflı

  • balqabaq alma puresi

    Alma Balqabağ püresinin hazırlanması

    22.11.2016

    Alma Balqabağ püresi ən faydalı pürelərdən biri hesab olunur.  Bu püreni hazırlamaq çətin deyil və hər kəs bu işin öhdəsindən gələr. Yadda saxlamaq lazımdırki, almalar yerli və bir az turş, su isə filtrələnmiş təmiz olmalıdır.
    daha ətraflı

Analar üçün mövcud sorğu

Hamiləlik dövründə internetdə dərc olunan məlumatlarda istifadə edirsinizmi?

Nəticələrə baxmaq

Загрузка ... Загрузка ...

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan