Bizə yazın

Uşaq qısqanclığı

18.03.2017

Qısqanclığın klassik təzahürü — böyük uşağın valideynlərindən xəlvət müdafiəsiz yeni doğulmuş körpəyə ziyan vurmasıdır. Məsələn: onun saçından dartır, çimdikləyir, onun əşyalarını gizlədir və ya sındırır. Lakin hər uşaq qısqanclığını bu üsulla bildirmir. Bəzən bu inciklik  pis davranış, tərslik, hətta xəstəliklə özünü göstərir. Bu yolla, uşaq ana sevgisinin azlığına işarə edir və yenidın valideyn diqqətini qaytarmağa çalışır.

Uşaqların bir-biri ilə yola getməyini, necə öyrədək?

İlk növbədə, mütəxəssislər məyusluğun olmaması üçün, ilk uşağa ikinci uşağın mütləq onunla oyun yoldaşı olacağını, aşılamağı tövsiyə etmirlər. İlk əvvəl yeni doğulan körpə ananın vaxt və sevgisinin böyük payını alacaqdır. Bu halda böyüklə heç bir ayrı-seçkilik edilməməlidir, imkan daxilində onun əvvəlki günlük rejimini qorumaq lazımdır. Çox vacibdirki, yeni doğumun ilk aylarında ana ilk uşaqla oynamağa, gəzməyə, əvvəlki əyləncələrə vaxt ayırsın. Əgər imkan varsa yaxşı dayə və ya yaxın qohumlardan ilk aylarda ikinci uşaqla sizə kömək etməkdə danışasız. Bu sizə ilkinizlə münasibətlərdə incikliyin yaranmamasına çox kömək edəcək. O zaman o kiçik bacı və ya qardaşının varlığına öyrəşəcək, özünü ana sevgisi və diqqəttindən kənar hiss etməyəcək.

Uşaqlar arasında oyuncaqları necə bölək?usagin qisqanmasi

Bu sahənin tənzimlənməsi üçün aydın qaydalar olmalıdır.  Oyuncaqların bir hissəsi ümumi, digər hissəsi isə hər uşağın şəxsi oyuncağı olmalıdır. Uşaqlar bilməlidirlərki, əgər o digər uşaqdan nəsə istəyirsə, əvəzində nəsə təklif etməlidir. Əgər uşaqlar eyni oyuncaq üzərində mübahisə edirsə, ana onu əlşatmaz yerə yığışdırar və izah edərki oyuncaq yalnız onlar barışanda, növbə ilə oynamağı öyrənəndə veriləcək. Uşaqlar bir-birlərinə güzəştə getdikdə, onları tərifləmək vacibdir. Əgər balaca hələ «çox sag ol» deyə bilmirsə, valideynlər onun adından boyük uşağa təşəkkür etməlidir.

Uşaq qısqanclığının qarşısını almaq olarmı?

Bəzi valideynlər onların uşaqları qısqanc olmayacağına əmin olurlar, lakin səhvlik edirlər. Diqqətli və qayğıkeş valideyn bu problemi minimuma endirə bilir, lakin ondan tamamilə qaçmaq faktiki olaraq, heç kimə nəsib olmayıb. Normal uşaq bacı və qardaşı ilə rəqapət apararaq bu qısqanclıq sınağından keçməlidir. Onun psixi sağlamlığına xələl gətirmədən, emosiyalarının idarə edilməsinin öyrənilməsi birbaşa valideynlərdən asılıdır.

 Böyük uşağa, kiçik uşaq qədər sevməyinizi necə izah etmək olar?

Uşaqlar çox həssas olduqları üçün emosiya və jestlərə çox diqqət etmək lazımdır. Valideynlər heç bir harlda ilk uşağı diqqətdən kənar qoymamalı, əksinə valideynlər daha tez-tez uşaqlarını sığallamalı, qucaqlamalı və xoş sözlər deməlidirlər. İki uşağa günorta saatlarında eyni zamanda masaj edib, yatırmaq çox faydalıdır. Kiçik uşağa qayğı göstərmək, onun həyatında iştirak etmək, böyük uşağı körpəyə bağlamağa kömək edir. Ana ilk uşağı tərifləməyi, varlığının əhəmiyyətini vurğulamağı, kiçiyə nəsə alarkən böyük uşağı da unutmamalıdır.

Və daha bir mühüm qayda: Böyük uşaq balacanın yanında danlanılmamalıdır!

Uşaq, qısqanclıq hissini gizlətməlidirmi?

Ekspertlərin fikrincə,  nisbətən təhlükəsiz və nəzarət edilə bilən zaman, uşağa qısqanclıq və qəzəbini göstərməyə imkan yaratmaq lazımdır. Əgər körpəyə belə bir şans verilirsə, o uğurla qısqanclıq mərhələsini keçəcək və onu unudacaq.  Əks halda qısqanclıq və inciklik onun qəlbində əsaslanır.

usaq qisqancligi

 

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az