Bizə yazın

Hamiləlikdə ziyanlı qidalar

29.11.2016

Hamiləlik — hər bir qadın üçün ən gözəl hədiyyədir. Bu xəbər bəzən şok ola bilər, amma digər tərəfdən bu bütün həyat boyu davam edən ən böyük xoşbəxtlikdir. Hamiləlik — hec də xəstəlik deyil, bu eyni zamanda orqanizm üçün bir ingilabdır.Qəflətən ağız tamı, həssaslıq, emosiya dəyişir. İndi hamilə qadının tək özünü deyil, eyni zamanda gələcək körpəsinin qayğısına qalmalıdır. Bilmək lazımdırki, özünü sevmək qorumaq hər zaman lazimdır, lakin hamiləlik dövründə bunu xüsusilə etmək lazımdır.Hamiləlikdə qidalanma körpənin fundamental əsasıdır. Və bəzi məhsullar ananın rasionuna daxil olunmamalıdır. Amma narahat olmayın bu qadağan məhsullar o demək deyilki  siz ciddi pəhrizlə qidalanmalısız. Sadəcə siz bundan sonra düzgün, sağlam və qədərində qidalanmalısız. Bu sizin və körpənizin sağlamlıq təminatıdır.

Hamiləlikdə qadınlar üçün zərərli məhsullar:

  • Süd məhsulları

Əslində hamilə qadınlara çiy süd olmaz, yalnız yaxşı qaynadılmış olmalıdır. Xüsusi kiflənmiş pendir ( Roquefort, Gorgonzola kimi ), xüsusi yumuşaq pendirlər ( Kamambera, Brie kimi) və həmçinin qoyun keçi pendiri olmaz. Bu tipli pendirlər təhlükəli yoluxucu xəstəliklərə səbəb ola bilər.  kiflenmis pendirler

  • Çiy yumurta 

Çiy yumurta qəbulu olmaz. hazırlamadan öncə onu axar suda yaxalamağınız məsləhətdir. Gün ərzində 2 yumurtadan artıq yemək olmaz. Beləki yumurta (əsasən sarısı) alergik reaksiya verə bilər.

  • Xüsusi tərkibli balıq məhsulları

Makreli, Marlina, Akula, Tunes,  krivetlər, kürü və s. yeməyi məsləhət olunmur. Bu balıq növləri zəhərlənməyə səbəb ola bilər.

  • Qazlı içkilər

Qazlı içkilər qadağandır. Bu kimi Aspartam tərkibli içkilər dölə çox mənfi təsir göstərə bilər. Aspartam plasentani keçərək zəhər buraxmağa başlayır.  Bundan başqa bu içkilər həzm sisteminə mənfi təsir edərək, qəbzliyə və ya ishala səbəb ola bilər.

  • Alkohol içkilər

Alkohol içkilər heç bir halda qəbul olunmamalıdir.

  • Çox yağlı ət və quş məhsulları

Çox yağlı ət və quş məhsulları çətin həzm olunur və buna görə qaraciyərə əlavə yük düşür. Bu məhsullar artıq çəkiyə səbəb olur.

  • Çay, kofe, Şokolad 

Çay, kofe, şokolad sinir sistemi üçün güclü stimullaşdırıcılardır və onlar körpənin sinir sisteminə dağıdıcı təsir göstərə bilər.

  • Ekzotik meyvələr

Ekzotik meyvələr qəbulu həmçinin arzu olunmazdır (əsasən portağal və qırmızı rəngli meyvələr). Onlar güclü alergen hesab olunur. Daha çox alma yeyin. Əgər ailədə kimsə alergiyaya meyillidirsə, mütamadi alma qəbulu bu alergiyanın gələcək körpədə olmasının qarşısını alır. Hamilə qadınlara giləmeyvə qəbulu məsləhətdir, onlar imunitetin möhkəmləməsinə səbəb olur. Onların rənginin qırmızı olmağına baxmayaraq, onlar alergiya yaratmır.

  • Müxtəlif növ turşular, sirkə

Müxtəlif növ turşular, sirkə hamilə qadın üçün faydalı deyil, onların qəbulu məsləhət deyil.  Hamilelikde tursular

  • Duz

Hamiləlikdə körpənizin ən vacib inkişaf mərhələsində duz məhsulunu azaltmaq mütləqdir. Lakin heç bir halda onu rasionunuzdan tamamilə istisna etməyin. Cüzi miqdarda duzun qəbulu bədəndə natriyanın olmasına, çox miqdar isə şişkinliyə səbəb olur.

  • Marqarin

Bu məhsul tək hamilələr üçün zərərli deyil. Yeni Zellandiya alimlərinin araşdırmalarına görə marqarin gələcək körpənin İQ — nü aşağı salır. Bundan başqa o ürək damar xəstəliyi ehtimalını artırır

  • Ağ un

Ağ undan hazırlanan məhsullar ona görə təhlükəlidirki, onların tərkibində B qrup və E vitaminləri yoxdur amma insana verən çox miqdarda karbohidratlar var.

  • Bal

Alergik məhsullar qrupuna aiddir. Balın çox miqdarda qəbulu körpədə diatezin yaranmasına səbəb ola bilər.

  • Çuğundur

Hamiləlikdə qadınlar bu məhsula  xüsusi diqqət etməlidir. Çuğundurun çox qəbulu düşüyə səbəb ola bilər. İlk üç aylıqda bu məhsulu tamamilə rasiondan çıxarmaq lazımdır. Sonrakı dövrdə çox az miqdarda qəbul etmək olar. Çuğundur uşaqlıq tonusunu qaldıran bilən məhsuldur.

 

  • Ədviyyatlar

Ketçup, mayonez, souslar, marinadlar — hamilə qadın və onun gələcək körpəsi üçün heç sağlam qidalar deyil. Aydındırki onlar həddən çox duz, kimyəvi boyalarla və konservativlərlə zəngindir. hamilelikde ziyanli qidalar

  • Rafin olunmuş qənd, müxtəlif şirniyyatlar

Marmelad, dondurma, keks, tortlar, saqqız və digər şirniyyatlarda vitaminlər minimum dərəcədə lakin, karbohidratlar olduqca çoxdur. Buna görədə onların qəbulu zamanı hamilə qadın olduqca sürətli artıq çəki yığır. Bundan başqa bunlar körpənin qaraciyərinə mənfi təsir göstərir.

Təbiiki hamilə qadının qidalanması lazim və vacibdir, lakin bu diqqətli və az-az olmalıdır. Axı siz tək öz sağlamlığınıza deyil, içinizdəki həyat üçündə məsuliyyət daşıyırsız. Biz tövsiyə olunmayan məhsulları qeyd etdik. Lakin bele olurki nəyisə xüsusi ilə istəyirsiz, bu halda özuünüzü maximum məhdudlaşdırmayın. Çox az miqdarda qəbul edin, sadəcə həmin an dadını duymaq üçün. Gündəlik təmiz hava alin, kitab oxuyun, səhərlər hamilələr üçün olan yüngül idman hərəkətləri edin ( video bölməmizə baxın) . Ətrafınızı müsbət emosiyalarla zənginləşdirin. İstədiyiniz işləri edin, hadisələrə boş baxın. Hamiləlikdən həzz alın!

 

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az